• 23 °C
|

Yekaterinburqda saxlanılan azərbaycanlılardan birinin həbs müddəti uzadılıb – YENİLƏNİB

1 İyul 2025
img

Yekaterinburqda saxlanılan azərbaycanlılardan biri – Əhliman Gənciyevin həbs müddəti uzadılıb.

12:44

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının 27 iyun tarixində keçirdiyi reyd nəticəsində saxlanılan azərbaycanlılardan biri – Bakir Səfərovun həbs qətimkan tədbirinin uzadılması məsələsi ilə bağlı məhkəmə iclası keçirilir.

"Report"un Rusiya bürosunun məlumatına görə, bu gün yerli vaxtla saat 16:30-da daha bir saxlanılan şəxs – Əhliman Gənciyevin işi üzrə məhkəmə iclası keçiriləcək.

İyunun 26-sı səhər saxlanılan Şahin Lalayevin qətimkan tədbirinin uzadılması ilə bağlı sabah yerli vaxtla saat 10:30-da dinləmənin keçirilməsi gözlənilir.

Əvvəlcə məhkəmə işdə adı keçən hər üç şəxsi üç gün müddətinə həbs etmişdi.