03 İyl 2025
İran Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın dayandırılması haqqında qərar verib.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi təmin edilənə qədər agentlik əməkdaşlarının İrana girişi qadağan ediləcək.