Bu ilin yanvar-may aylarında Azərbaycana 71-90 gecəlik (uzunmüddətli) turizm məqsədilə 2 882 nəfər səfər edib.
“Report”un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır.
Dinamika ayrı-ayrı ölkələr üzrə fərqlidir. Məsələn, 5 ay ərzində İsraildən Azərbaycana uzunmüddətli səfərə gələnlərin sayı 1 il əvvələ nisbətən 2,3 dəfə artaraq33 nəfərə çatıb. Kəskin dinamika İsraildən olan turistlərin Azərbaycanda uzun müddət qalmağa marağının gücləndiyini göstərir.
Bundan başqa, son 1 ildə Türkiyədən Azərbaycana uzunmüddətli səfərə gələnlərin sayı 33,1 % artaraq 402 nəfər, Rusiyadan gələnlərin sayı 11,9 % azalaraq1 620 nəfər, Gürcüstandan gələnlərin sayı 1,1 % azalaraq 94 nəfər, İrandan gələnlərin sayı 18,8 % artaraq 19 nəfər, İraqdan gələnlərin sayı 11,1 % azalaraq 8 nəfər, Özbəkistandan gələnlərin sayı 10,3 % artaraq64 nəfər, Qazaxıstandan gələnlərin sayı18,3 % artaraq84 nəfər, Türkmənistandan gələnlərin sayı8,3 % azalaraq22 nəfər, Hindistandan gələnlərin sayı 16,7 % azalaraq 224 nəfər, Pakistandan gələnlərin sayı 4,7 % azalaraq224 nəfər, Moldovadan gələn sayı 2 d’f’ artaraq 4 nəfər, İtaliyadan gələnlərin sayı dəyişməyərək 5 nəfər, Böyük Britaniyadan gələnlərin sayı 16,7 % artaraq 7 nəfər olub.
Ötən ilin eyni dövründə Azərbaycanda Filippindən və İordaniyadan uzunmüddətli səfərlər qeydə alınmasa da, bu ilin 5 ayında bu ölkələrdən müvafiq olaraq 6 və 1 nəfərin gəlməsi qeydə alınıb. Bunlar da, ölkəmizdə uzun müddət qalmağa daha 2 ölkədən maraq yaranmasının göstəricisidir.
İl ərzində digər ölkələrdən Azərbaycana uzunmüddətli səfərə gələnlərin sayı isə 63,9 % azalaraq22 nəfərə düşüb.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycana 178 ölkədən979,9 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 24,6 %-i Rusiya, 17,7 %-i Türkiyə, 10,7 %-i Hindistan, 8,6 %-i İran, 4,4 %-i Gürcüstan, 3,6 %-i Qazaxıstan, 2,9 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Pakistan, hər birindən 2 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail, hər birindən 1,9 % olmaqla Özbəkistan və Çin, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən1 % olmaqla Belarus və Küveyt, 12,2 %-i digər ölkələrin vətəndaşları olub, 68,9 %-ni kişilər, 31,1 %-ni qadınlar təşkil edib.
Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 %-i hava, 25,2 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.