2025-ciilin yanvar-mayaylarıərzindəAzərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 54milyard 51milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 10 milyard 47milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların30milyard 399 milyon manatı elektron ticarət vasitəsi ilə, 17milyard 95 milyon manatı bankomatlar vasitəsi ilə, 5milyard 110milyon manatı POS-terminallar vasitəsi ilə, 14.3 milyon manatı özünə xidmət terminalları vasitəsi ilə, 1 milyard 433milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, cariilin iyun ayının1-nə Azərbaycanda 18milyon 344min ədəd debet kartı olub.