• 7 °C
|

Kolumbiyada avtobus uçurumdan aşdı: 13 nəfər öldü

4 Yanvar 2025
img

Kolumbiyanın cənubunda avtobusun uçurumdan aşması nəticəsində azı 13 nəfər ölüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri Mariya Konstansa Qarsiya məlumat verib.

"İndiyə qədər səlahiyyətlilər 13 nəfərin öldüyünü, həmçinin 18 yaralının və 1 sərnişinin xəsarət aldığını bildiriblər", – o qeyd edib.

Avtobus Kali şəhərindən Ekvadorla sərhəddə yerləşən İpiales kəndinə gedirmiş. İlkin məlumatlara görə, nəqliyyat vasitəsi nasaz olub, nəticədə sürücü idarəetməni itirib və avtobus hündürlükdən aşıb.