• 30 °C
|

İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 8-ə çatıb

7 İyul 2025
img

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 8-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dünən İraqın şimalında mağarada axtarış tədbirləri zamanı 19 hərbçi zəhərlənib.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.