• 32 °C
|

Fond: Kirayəyə mənzil götürmək istəyənlərin 51%-i dövlət sektorunda çalışır

9 İyul 2025
img

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi üçün müraciət edənlərin 51 %-i dövlət sektorunda işləyənlərdir.

"Report" xəbər verir ki, bunu Fondun Kirayə mənzil departamentinin kirayəçilərlə iş şöbəsinin rəisi Tapdıq Məmmədov bildirib.

O, həmçinin qeyd edib ki, müraciət edənlərin orta yaşı 34, orta aylıq gəliri 1 400 manat, orta aylıq ödəmə qabiliyyəti isə 1 200 manatdır.

"Kirayə mənzil mexanizmi çərçivəsində təkcə bu il 1 023, ötən il isə 1871 müqavilə bağlanılıb. 2020-2025-ci illərdə bağlanmış müqavilələrin 56 %-i Abşeron rayonunun, 22 %-i Bakı şəhərinin, 22 %-i isə Sumqayıt şəhərinin payına düşüb", – deyə Fond rəsmisi qeyd edib.