• 28 °C
|

“Saudi Aramco”: Neftə tələbat sağlam templə artır

9 İyul 2025
img

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” neftə tələbatın sağlam artım nümayiş etdirdiyini qeyd edib. İlin sonuna qədər gündəlik tələbatda artım ın1,2–1,3 milyon barel səviyyəsində olacağı gözlənilir.

APA-Economics”in “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı şirkətinin rəhbəri Əmin Nasser OPEC-in 9-cu Beynəlxalq Seminarı zamanı bildirib.

“Tariflərə və onların qlobal iqtisadiyyata təsirinə baxmayaraq, biz tələbatda sağlam artım müşahidə edirik. Birinci rübdə bu artım təxminən gündəlik 1,5 milyon barel təşkil edib. İlin sonuna qədər isə gündəlik 1,2–1,3 milyon barel artım olacağını gözləyirik”, – Əmin Nasser qeyd edib.