• Warning: file_get_contents(http://api.openweathermap.org/data/2.5/forecast/daily?q=Baku,AZ&units=metric&cnt=1&lang=az&appid=c0c4a4b4047b97ebc5948ac9c48c0559): Failed to open stream: HTTP request failed! HTTP/1.1 429 Too Many Requests in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 111

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 113

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 113

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 118

    Warning: foreach() argument must be of type array|object, null given in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 118
|

Dağıstanda 270-dən çox adam sudan zəhərlənib

9 İyul 2025
img

Rusiya Federasiyasının Dağıstan Respublikasında su zəhərlənməsindən sonra 274 nəfər həkimə müraciət edib.

"Report"un məlumatına görə, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Məhərrəmkənd rayonunun tibb işçiləri Dağıstan Respublikası Səhiyyə Nazirliyinin infeksionistləri və epidemioloqlarının dəstəyi ilə bağırsaq infeksiyası olan xəstələri fasiləsiz rejimdə aşkar etməyə çalışır. Son iki gün ərzində burada qastroenterit əlamətləri ilə 274 nəfər qeydə alınıb, onlardan 270-i uşaqdır", – məlumatda deyilir.

Nazirlik bildirib ki, Dağıstan Respublikası üzrə səhiyyə naziri Yaroslav Qlazov xəstəxanaya baş çəkib.

Bundan əvvəl bildirilib ki, Dağıstandakı hadisə ilə əlaqədar Məhərrəmkənd rayonunun bələdiyyə sədri saxlanılıb.

Cinayət işi çərçivəsində ekspertiza təyin edilib.