20 Okt 2025

Millət vəkili Göydəniz Qəhrəmanov növbəti dəfə sakinlərlə görüşüb.
Mediaplus.az xəbər verir ki, Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin ərazisində yerləşən M.H.Naxçıvani küçəsinin sakinləri ilə səyyar görüş keçirilib.
Sakinlər sosial, məşğulluq və digər gündəlik həyatda qarşılaşdıqları məsələlərlə bağlı müraciətlər ediblər.
Qaldırılan məsələlərin bir qismi yerindəcə operativ şəkildə həll olunub. Həlli müəyyən vaxt və prosedur tələb edən müraciətlər isə qeydə alınıb.



