• 37 °C
|

Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərlənib

13 İyul 2025
img

Daşkəsən rayonunda 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü S.Quluzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Gəncin hansı səbəbdən zəhərləndiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.