• 25 °C
|

Ağdərədə 31 yaşlı kişini cərəyan vuraraq öldürüb

14 İyul 2025
img

Kəlbəcər rayon sakinini cərəyan vuraraq öldürüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Ağdərə rayonunun Dovşanlı kəndində baş verib. 1994-cü il təvəllüdlü Kəlbəcər rayon Təkəqaya kənd sakinini kənd ərazisində cərəyan vurub.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.