• 14 °C
|

İndoneziyada 280 nəfərin olduğu bərə yanır

20 İyul 2025
img

İndoneziya sahillərində göyərtəsində 280 nəfərin olduğu sərnişin bərəsi yanır.

"Report"un məlumatına görə, bu barədə “U.S. Sun” məlumat yayıb.

Bildirilir ki, onlarla insan çıxılmaz duruma düşüb.

Bərənin aşağı hissəsində tüstülənmə başladıqdan sonra sərnişinlər arasında panika başlayıb.

Sosial şəbəkələrdəki görüntülərdə sərnişinlərin qışqıraraq kömək istədikləri, bəzilərinin isə özlərini suya atdıqları görünür.