• 27 °C
|

Sumqayıtda 44 yaşlı kişi döyülərək öldürülüb​​​​

22 İyul 2025
img

Sumqayıt sakini döyülərək aldığı xəsarətlərdən ölüb.

APA xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Sülh küçəsində qeydə alınıb.

Küçədə döyülərək başından ağır xəsarətlər alan 1981-ci il təvəllüdlü Aslan Bağırov xəstəxanaya çatdırılıb. O, bu gün müalicə aldığı xəstəxanada ölüb.

İlkin məlumata görə, A. Bağırov küçədə oğlu tərəfindən döyülüb, daşla başına vurulub.

Fakt araşdırılır.