• 28 °C
|

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025
img

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

APA– nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Cəyli kəndində baş verib.

Kənddəki evlərdən birində qida qəbul edən 8 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbi məlum deyil.

Araşdırma aparılır.