• 28 °C
|

Goranboyda tikinti materialları mağazasında yanğın baş verib

23 İyul 2025
img

Goranboy rayonunun Qərvənd kəndində yerləşən tikinti materialları mağazasında yanğın hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, mağazada qəfildən başlayan yanğınla bağlı dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.