• 27 °C
|

Goranboyda ildırım meşə ərazisində yanğına səbəb olub

25 İyul 2025
img

Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı ərazidə quru ot və ağaclıq ərazi alovlanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.