• 27 °C
|

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb, yaralılar var – FOTO

4 Avqust 2025
img

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.