• 8 °C
|

Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb

6 Avqust 2025
img

Ermənistanda hərbçilər yol qəzasına düşüb.

APA Shamshyan.com saytına istinadən xəbər verir ki, yol qəzası günorta saatlarında Marqara-Vanadzor şossesində, Armavir vilayətinin Djrarat kəndi yaxınlığında baş verib.

“Nissan” və “QAZ-24” avtomobillərinin toqquşması nəticəsində bir erməni hərbçisi ölüb, daha üç hərbçi və bir neçə mülki şəxs yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi açılıb.

Müdafiə Nazirliyi məlumatı şərh etmir.