• 26 °C
|

Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 13 mlrd. manatdan çox artıb

8 Avqust 2025
img

2025-ci ilin yanvar-iyunayları ərzində Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 66milyard 195milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.5% və ya 13milyard 36milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 37,3milyard manatı elektron ticarət vasitəsi ilə, 20,96milyard manatı bankomatlar vasitəsi ilə, 6,1 milyard manatı POS-terminallar vasitəsi ilə, 1,8milyard manatı ölkə xarici əməliyyatlar vasitəsi ilə,35.5 milyon manatı isə özünə xidmət terminalları vasitəsi ilə həyata keçirilib.

Xatırladaq ki, cari ilin iyulayının 1-nə Azərbaycanda 18 milyon 523min ədəd debet kartı olub.