• 8 °C
|

Putin: ABŞ-ın mövqeyinə hörmət edirik və böhranı sülh yolu ilə həll etmək istəyirik

16 Avqust 2025
img

Vladimir Putin Alyaska səfərini zamanında və çox faydalı hesab edib.

APA xəbər verir ki, o qeyd edib ki, Rusiya ABŞ-ın mövqeyinə hörmət edir və böhranı sülh yolu ilə həll etmək istəyir:

“Münaqişənin kök səbəblərinin aradan qaldırılması vəziyyətin həlli üçün əsas olmalıdır. Trampla söhbət səmimi və mənalı oldu. Fikrimcə, bu, bizi lazımi həll yollarına yaxınlaşdırır”, – Putin əlavə edib.