• 14 °C
|

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

19 Avqust 2025
img

Hazırda Türkiyədə 45000-nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.

Bu barədə APA-ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22578 müraciət daxil olub.

Bu müraciətlərin 5327-i Türkiyədən əldə olunan kvalifikasiyaların payına düşür.