ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin konkret detallarını əldə edib və onlar üzərində işləyir.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
"Nəhayət ki, detalları əldə etdik. Biz onlar üzərində işləyirik, lakin hələ hər şeyi tam düşünməmişik", – deyə danışan Vens əlavə edib:
"Ukrayna Rusiyanın bir daha onun ərazisinə müdaxilə etməyəcəyini bilmək istəyir. O, gələcəkdə öz ərazi bütövlüyünə əmin olmaq istəyir. Ruslar müəyyən əraziləri istəyirlər, onların əksəriyyətini artıq işğal ediblər, lakin bəzilərini yox. Danışıqların mahiyyəti də məhz bundadır".