• 24 °C
|

ABŞ Prezidenti Avropa liderlərinin Vaşinqtona səfərindən sonra Putinlə telefonla danışdığını açıqlayıb

25 Avqust 2025
img

ABŞ Prezidenti Donald Tramp Avropa liderlərinin Vaşinqtona səfərindən sonra rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apardığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Tramp Oval kabinetdə jurnalistlərə bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə Vaşinqtonda görüş Trampın Putinlə Alyaskadakı danışıqlarından bir neçə gün sonra, avqustun 18-də baş tutub.

Tramp jurnalistlərin Vaşinqtondakı görüşdən sonra Rusiya lideri ilə telefonla danışıb-danışmadığı ilə bağlı suallarına müsbət cavab verib. Lakin ABŞ Prezidenti söhbətin dəqiq tarixini və məzmununu açıqlamayıb.

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, onun Putinlə hər bir söhbəti konstruktivdir, lakin Kiyevin bombalanması kimi hücumlar baş verəndə çox məyus olur.

“Onun Alyaskaya – ölkəmizə gəlməsi, məncə, məsələni həll etmək istədiyinə dair böyük siqnal idi. Onun üçün asan deyildi, amma gəldi və çox uğurlu gün oldu”, – o əlavə edib.