• 26 °C
|

Keçmiş məcburi köçkün: İnana bilmirəm ki, mən Xıdırlıya qayıdıram

27 Avqust 2025
img

“Allah prezidentimizdən razı olsun ki, bizi doğma yurdumuza qaytardı.”

APA xəbər verir ki, bunu keçmiş məcburi köçkün Ağdamın Xıdırlı kənd sakini Səfərov Murad deyib.

O həmçinin şəhidlərə Allahdan rəhmət, qazilərə isə can sağlığı dilədiyini deyib.

“Sevincimizin həddi hüdudu yoxdur. Ölmədik bu günləri də gördük. Hisslərimi sözlə deyə bilmirəm. İnana bilmirəm ki, mən Xıdırlıya qayıdıram.”, – deyə o bildirib.