• 27 °C
|

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 20%-dən çox artıb

28 Avqust 2025
img

2025-ciilin yanvar-iyulaylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 4milyon manat olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20.8% və ya 688min manat çoxdur. 2024-cüilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3milyon 314min manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyulaylarında xaricə səfər edən vətəndaşların sığorta ödənişləri 376min manat təşkil edib ki, bu da 2024-ci ilin ilk 7ayı ilə müqayisədə 2.5 dəfə və ya 225min manat çoxdur.

Hesabat dövründə bu sığorta növü üzrə sığorta zərərliliyi 2 dəfə artıb. Belə ki, sığorta şirkətləri bu ilin ilk 7ayında toplanan hər 100 manat sığorta haqqının 9.4manatını ödənişə yönəldibsə, 2024-ci ilin yanvar-iyunaylarında bu göstərici 4.6manat təşkil edib.