• 20 °C
|

Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib

18 Sentyabr 2025
img

Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərini dəyişdiriblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Saraliev RBK-ya bildirib.

Onun sözlərinə görə, 24 hərbçinin meyiti Rusiya tərəfinə təhvil verilib.