19 Mar 2026

Fransada Daxili İşlər Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, ölkənin 21 bələdiyyəsində Fələstin bayraqları dalğalandırılıb.
APA xəbər verir ki, yerli mətbuatın məlumatına görə, hökumətin Fələstini tanımaqla bağlı qərarını dəstəkləyən bələdiyyələrdə Fələstin bayraqları qaldırılıb.
Nant, Stains və Saint-Deni də daxil olmaqla 21 bələdiyyə DİN-in qadağasına baxmayaraq, binalarına Fələstin bayraqları asıb.