• 22 °C
|

Ağdamda mina partlayışında həlak olan keçmiş döyüşçü “Gizir Xanı” dəfn edilib – FOTO – YENİLƏNİB

24 Sentyabr 2025
img

Dünən Ağdam rayonunda mina partlaması nəticəsində həlak olan ehtiyatda olan gizir Səyyaf Əhmədov (“Gizir Xanı”) dəfn olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, “Gizir Xanı” Ağdamın Üçoğlan kəndi ərazisində qəbiristanlıqda torpağa tapşırılıb.

***

12.31

Dünən Ağdam rayonunda mina partlaması nəticəsində həlak olan ehtiyatda olan gizir Səyyaf Əhmədovla (“Gizir Xanı”) vida mərasimi keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, vida mərasimi mərhumun yaşadığı məcburi köçkünlər üçün salınmış Ağdam rayonu Baharlı qəsəbəsindəki evində təşkil olunub.

“Gizir Xanı” Ağdamın Üçoğlan kəndi ərazisində qəbiristanlıqda dəfn olunacaq.