• 16 °C
|

Bakıda tuneldə 3 maşın toqquşub, xəsarət alan var

7 Oktyabr 2025
img

Bakıda üç nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.

Tuneldə eyni istiqamətdə hərəkət edən “Mercedes”, “Hyundai” və “Nissan” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Hundai” markalı avtomobilin sürücüsü xəsarət alıb.

Fakrla bağlı araşdırma aparılır.