• 18 °C
|

Tramp Qəzza münaqişəsinin həlli üçün növbəti 48 saatın vacib olduğunu deyib

8 Oktyabr 2025
img

ABŞ prezidenti Donald Tramp İsrail və HAMAS arasında Misirdə keçiriləcək növbəti 48 saatlıq danışıqların Qəzzada münaqişənin həlli perspektivləri üçün həlledici olacağını düşünür.

APA xəbər verir ki, o bu barədə “Fox News”a açıqlamasında məlumat verib.

Həmçinin qeyd edilir ki, Tramp Misirə göndərdiyi və danışıqlarda iştirak edən xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşnerə tərəflər arasında razılığa gəlməyi tapşırıb.