2025-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu publik hüquqi şəxs (AZSTAND) tərəfindən Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə əsasən, beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 221 yeni dövlət standartı qəbul edilib.
Bu barədə “APA-Economics” AZSTAND-a istinadən xəbər verir.
Qeyd edilib ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.