“Vaşinqton ABŞ antifaşist hərəkatını (Antifanı) maliyyələşdirənlərə qarşı tədbir görmək niyyətindədir”.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp administrasiyanın “Antifa” hərəkatını terrorçu hərəkat kimi tanıması qərarı ilə bağlı Ağ Evdə keçirilən iclas deyib.
“Antifa”nın cinayətkar üzvlərinə və onların kampaniyalarını maliyyələşdirən və dəstəkləyən hər kəsə qarşı tədbir görəcəyik. Onların böyük problemi var. Artıq çoxlu məlumatımız, çoxlu sürprizlərimiz, çoxlu xoşagəlməz sürprizlərimiz var", Tramp əlavə edib.
Tramp hansı sürprizləri nəzərdə tutduğu haqda heç bir açıqlama verməyib.