• 25 °C
|

“Splunk Enterprise” və “Splunk Cloud”da boşluq aşkar edilib

10 Oktyabr 2025
img

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) "Splunk Enterprise" və "Splunk Cloud"da boşluq (CVE-2025-20371) aşkar edib.

Bu barədə "APA-Economics”ə ETX-dan bildirilib.

Qeyd edilib ki, bu boşluqdan yararlanan kiberdələduzlar daxili xidmətlər haqqında həssas məlumatlar əldə edə bilər.