• 15 °C
|

Goranboyda təmir sexi və avtomobil yanıb – YENİLƏNİB

11 Oktyabr 2025
img

Goranboy şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmir sexində “ВАЗ” markalı minik avtomobilinin salon hissəsi yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

19:16

Goranboyda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində avtomobil təmiri sexində anidən yangın başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yanğınsöndürənləri cəlb edilib.

Yanğın zamanı təmir sexi və içərisində olan "VAZ" markalı minik maşını yanıb.

Yanğın söndürülüb. Araşdırma aparılır.