• 19 °C
|

Tovuzda 29 yaşlı qadın qətlə yetirilib, qətli törətməkdə şübhəli bilinən ərinin meyiti tapılıb – YENİLƏNİB-1

16 Oktyabr 2025
img

Tovuzda 29 yaşlı arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.

APA xəbər verir ki, Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndində istifadəyə yararsız fermanın ərazisində aşkarlanıb.

İlkin məlumata görə, o, intihar edib. Meyit ağacdan asılı halda tapılıb.

Selcan Zaurqızı

***

14.17

Tovuzda baş verən qətllə bəzi təfərrüatlar məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və Səbuhi Hacızadə Mətanət Hacızadəni bıçaqlayaraq öldürüb.

Onların 3 azyaşlı oğlu var.

Hazırda Səbuhi Hacızadənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

***

12.47

Tovuzda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Əyyublu kənd sakini 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızı bıçaqlanıb.

Qadın hadisə yerində ölüb.

Hadisənin onu əri 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu tərəfindən törədildiyi bildirilir. Qətli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.