• 19 °C
|

DTX tərəfindən həbs edilmiş, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

16 Oktyabr 2025

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş və terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin cinayət işi üzrə məhkəməsi başlayır.
APA-nın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinə hakim Nigar İmanova sədrlik edəcək.
Məhkəmənin hazırlıq iclası oktyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, DTX tərəfindən Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.