21 Okt 2025
ABŞ-ın vitse-prezidenti Cey Di Vens hesab edir ki, Rusiya və Ukrayna hələlik münaqişənin həlli üzrə razılaşma imzalamağa hazır deyillər, lakin yekunda bu mümkün olacaq.
APA xəbər verir ki, bu barədə o, “Newsmax” telekanalına müsahibəsində bildirib.
“Bütün səylərimizə baxmayaraq, Rusiya və Ukrayna hələ o mərhələyə çatmayıblar ki, razılaşma imzalamağa hazır olsunlar. Düşünürəm ki, sonda buna nail olacağıq, lakin bu, əlavə iş tələb edir, çünki tərəflərin mövqeləri bir-birindən çox uzaqdır”, – deyə Vens vurğulayıb.