20 Okt 2025
Xaçmaz şəhərində güllələnmə hadisəsi baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü Emin Nəcmulla oğlu Cəlilov odlu silahla vurularaq hadisə yerində dünyasını dəyişib.
İlkin məlumata əsasən, E. Cəlilov qohumu tərəfindən tüfənglə vurulub.
Faktla bağlı araşdırma aparılır.