• 15 °C
|

Nikola Sarkozi: Mən həbsdən qorxmuram

20 Oktyabr 2025
img

Fransanın sabiq prezidenti Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının maliyyələşdirilməsi işi üzrə cəzasını çəkməyə başlayacağı ərəfədə “həbsdən qorxmadığını” bildirib.

APA xəbər verir ki, bu barədə “La Tribune Dimanche” qəzeti məlumat yayıb.

Sarkozi qarşıdakı məhkumluğunu “həyatında yeni bir səhifə” kimi qəbul etdiyini deyib.

“Mən həbsdən qorxmuram. Mən başımı dik tutaraq hətta Sant həbsxanasının qapıları qarşısında da dayanacam”, – deyə o əlavə edib.