• 19 °C
|

Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb

20 Oktyabr 2025
img

Gəncədə xəstəxanada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb. Şöbədə müalicə olunan 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yerə yıxılıb.

Xəsarət alan şəxsə tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.