• 7 °C
|

Kirov vilayətində baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb – VİDEO – YENİLƏNİB

6 Yanvar 2025
img

Kirov rayonunun Kilmez qəsəbəsində sosial evdə baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi nəmumat yayıb.

Məlumata görə, birmərtəbəli yaşayış binası yanıb. Yanğının sahəsi 480 kv. metr olub.

Evdə sosial mənzillə təmin olunmuş yaşlı insanlar yaşayıb.

***

21:36

Rusiyanın Kirov vilayətində sosial evdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb.

APA xəbər verir ki, Yanğın rayonun Kilmez qəsəbəsində baş verib.

Belə ki, ani başlayan yanğın tez bir zamanda 11 təqaüdçünün yaşadığı taxta evi bürüyüb.

Məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb. Azı altı nəfərin taleyi isə hələlik məlum deyil. Onların yanğın zamanı binada olub-olmaması bəlli deyil.

Hazırda itkin düşmüş şəxslərin axtarışı davam edir. Sosial evdə yaşayan digər şəxslər təxliyə edilib.

Yanğının səbəbi hələlik məlum deyil.