• 15 °C
|

Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb

20 Oktyabr 2025
img

Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın xarici işlər nazirliyi məlumat yayıb.

Nazirlik səfirin konsultasiyalar məqsədi ilə çağırıldığını və növbəti qərarın yaxın bir neçə saat ərzində açıqlanacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Kolumbiyaya tarif vergisini artıracağını bəyan etmişdi.

O, Kolumbiya prezidenti Qustavo Petronun “narkotik satıcısı” adlandırmışdı.