• 15 °C
|

Fransada çoxmərtəbəli binada yanğın olub, dörd nəfər ölüb

20 Oktyabr 2025
img

Fransanın Lyon şəhərində çoxmərtəbəli binada baş vermiş yanğında dörd nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, 30-40 yaşlarında olan iki kişi və iki qadın qeyri-qanuni yaşadıqları zirzəmidə baş verən yanğın zamanı yaranan tüstüdən boğularaq ölüb.

Yanğınsöndürənlər alovun yuxarı mərtəbələrə yayılmasının qarşısını ala biliblər. Yanğın baş verən zaman binada olan 10 nəfər təxliyə edilib.