• 17 °C
|

Britaniya Ukraynaya qoşun yeritmək üçün maliyyə ayırmağa hazırdır

21 Oktyabr 2025
img

Böyük Britaniya hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynaya qoşun göndərmək fikrindən əl çəkməyib. Hərbi kontingentin yerləşdirilməsinin dəyəri 100 milyon funt sterlinqdən (135 milyon dollar) çox qiymətləndirilir.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

“Sülh mümkündür. Əgər ABŞ Prezidenti Donald Tramp sülh əldə edə bilsə, biz bu sülhün uzun müddətə təmin edilməsi üçün kömək etməyə hazır olacağıq. Bu, bizdən sərmayə qoymağı və qoşunlarımızın dislokasiyaya hazırlığını tələb edir. Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, zərurət yaranarsa, o, Britaniya hərbi qulluqçularını Ukraynanın ərazisində görmək istəyər. Mən artıq sülh halında istənilən mümkün dislokasiyaya hazırlıq üçün milyonlarla funtun ayrılmasını sürətləndirmişəm. Mən hesab edirəm ki, xərclər 100 milyon funtdan çox olacaq”, – nazir bildirib.