• 18 °C
|

Sarkozi Sante həbsxanasında saxlanılacaq

21 Oktyabr 2025
img

Fransanın sabiq prezidenti, 2007-2012-ci illərdə bu vəzifədə olmuş Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən Sante həbsxanasında saxlanılacaq.

APA xəbər verir ki, Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezident olacaq.

Belə ki, sentyabrın 25-də sabiq dövlət başçısı korrupsiyada ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.