• 18 °C
|

Ələt qəsəbəsində avtomobil iki piyadanı vuraraq öldürüb

22 Oktyabr 2025
img

Ələt qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ələt qəsəbəsində “Mercedes” markalı minik avtomobili yolu keçən iki piyadanı vuraraq öldürüb.

Onlardan biri Salyan sakini, 45 yaşlı Anar Hüseynqulu oğlu Bayramovdur. Digərinin isə kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.