
Məqsədimiz Qarabağ Universtitetinin digər ölkələrdə tanınmasıdır.
APA xəbər verir ki, bunu səkkiz ölkədən olan səyyahların Qarabağa səfərinin təşkilatçısı, beynəxalq səyyah Mehrac Mahmudov deyib.
Qarabağ Universtitetinin müəllim heyətinin əsasən Avropa və ABŞ universitetlərinin məzunları olduğunu qeyd edən Mahmudov beynəlxalq səyyahların tədris ocağına baş çəkmələrində əsas məqsədin Universitetin beynəxlaq miqyada tanıdılmasıdır.
Səyyahların azad edilmiş ərazilərdə, Xankəndində aparlıan tikinti quruculuq işləri ilə yaxından tanış olduqlarını deyən təşkilatçı əcnəbi qonaqların dağıdılmış ərazilərdə qısa müddət ərzində iri həcmdə yenidənqurma işlərinin aparıldığından çox təcübləndiklərini vurğuladı:
“Onlar çox təəccüblənirlər ki, bu qədər az vaxtda bu qədər böyük işlər görülüb”.