22 Okt 2025
Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib.
Bu barədə "APA-Economics”ə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
"Sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb", – məlumatda qeyd olunub.