Rusiya Federasiyasının Çelyabinsk vilayətində yerləşən Kopeysk şəhərindəki sənaye müəssisəsində güclü partlayış baş verib.
APA xəbər verir ki, bubarədə vilayətin qubernatoru Aleksey Teksler “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində dörd nəfər həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.
“Kopeysk şəhərindəki müəssisələrdən birində partlayış baş verib. Təəssüf ki, ölənlər var. Hadisə yerinə bütün operativ xidmətlər cəlb olunub, qərargah yaradılıb”, – deyə Teksler bildirib.
Qubernatorun sözlərinə görə, müəssisəyə pilotsuz uçuş aparatının zərbə endirməsi versiyası təsdiqini tapmayıb.
Hazırda xilasedici və hüquq-mühafizə orqanları hadisə yerindədir, xəsarət alanlara tibbi yardım göstərilir, partlayışın səbəbləri araşdırılır.
***
23:39
Rusiyanın Çelyabinsk vilayətində, Kopeysk şəhərindəki müəssisələrdən birində güclü partlayış olub.
APA xəbər verir ki, hadisə barədə vilayətin qubernatoru Aleksey Teksler məlumat verib.
Onun sözlərinə görə, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.
Partlayışın dalğasından bəzi yaşayış binalarının pəncərələri sınıb. Hadisə yerinə operativ xidmətlər cəlb edilib, fövqəladə qərargah yaradılıb.
Qubernatorun sözlərinə görə, yerli sakinlər və mülki infrastruktur üçün təhlükə yoxdur.
Hazırda xəsarət alanlara tibbi yardım göstərilir, partlayışın səbəbləri araşdırılır.